Avqustun 25-26-da Rusiyanın paytaxtı Moskvada son 125 ilin ən isti günü gözlənilir.
Bizim.Media xəbər verir kii, bunu Rusiya hava haqqında mərkəzinin əməkdaşı Yevgeni Tişkovets deyib.
"Paytaxtda havanın temperaturu 34 dərəcəyə qədər isinəcək, ki, bu da rekord isti deməkdir. Qeyd edək ki, bu hərarət 1897-ci ildə qeydə alınıb.
İsti hava avqustun sonunadək davam edəcək, sentyabrda isə havanın temperaturu aşağı düşəcək və güclü yağışlar başlayacaq", - deyə Y.Tişkovets vurğulayıb. (Medicina.az)
Bizim.Media