Çarli Çaplinin əlindən öpmək istədiyi Azərbaycanlı bəstəkar kim idi? – Bir mahnının acı TARİXÇƏSİ

Bir zamanların çox məşhur bir mahnısı var idi: “Cücələrim”. 

Bu mahnı yarım əsrdən çox müddətdə bütün dünyanı gəzib, dillər əzbəri olub. Mahnı indiyədək 100-dən çox xarici dildə səslənib, 148 xalqının dilinə tərcümə olunub. 

Sənətşünasları yekdil rəyinə görə, indiyə kimi "Cücələrim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci Azərbaycan mahnısı olmayıb. Qəmbər Hüseynlinin şair Tofiq Mütəllibovun sözlərinə yazdığı bu mahnı 1948-ci ildə ərsəyə gəlib.

Ərsəyə gəldiyi vaxtdan qısa müddət sonra bu mahnı nəinki keçmiş SSRİ-də, hətta dünyada məşhur oldu. Bütün rəsmi tədbirlər, rəsmi qarşılanmalar bu mahnının sədaları altında keçirilirdi. Təsadüfi deyil ki, 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamlayır. Bu, Azərbaycan musiqisinin sərhədləri necə aşmasının çox gözəl təcəssümü idi.

Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək "Cücələrim"i ifa edir və qonaqlara üz tutuaraq deyir:

"Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin, onun əllərindən öpdüyümü deyin!"

Amma Çarli Çaplinin xəbəri olmur ki, həmin bəxtəvər bəstəkar Qəmbər Hüseynli bəstələdiyi mahnılara görə həbsə atılır. Sapı özümüzdən olan “baltaların” təşəbbüsü və ermənilərin təşkilatçılığı ilə səbəbsiz yerə həbsə atılan bəstəkar orada ağır xəstəliyə yoluxur. Və bu xəstəlik səbəbi ilə iki il sonra vəfat edir.

Bütün dünyanı heyran buraxan bu mahnıya görə ittiham olunan Qəmbər Hüseynliyə müstəntiqlər irad tuturlar ki:

- “Bu "Cücələrim" nədir? Sən fəhlə sinifini qoyub cücələrə mahnı yazırsan. Bu bizim ideologiyamıza ziddir”.

Qəmbər Hüseynli də özünü itirmədən cavab verir:

“- Siz niyə dərd çəkirsiz? O cücələr böyüyüb toyuq olacaq, sonra yumurta qoyacaq, fəhlələr də yumurtadan yeyib qüvvətlənəcəklər və daha çox işləyəcəklər”.

Bəstəkarın bu sözündən əsəbləşən müstəntiqlər onu zindan atırlar. Təbii ki, bu cəzanın əsas səbəbi Qəmbər Hüseynlinin mahnılarındakı türk üslubu idi. Ona da "Xalq düşməni” damğası vurmağa çalışırlar.

Bəstəkarın şah əsəri olan "Cücələrim” bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarından biridir.

Yeri gəlmişkən, Sovet multfilm sənayesinin şedevrlərindən olan "Nu, poqodi!" silsilə cizgi filminin seriyalarından birində də bu mahnı məhz Azərbaycan dillində səslənib.

Haqsız təqib və təzyiqlər səbəbilə Qəmbər Hüseynli dünyadan çox erkən, 45 yaşında köçür... Bəstəkar 1961-ci il iyulun 31-də işıqlı dünyaya əlvida deyir.

Surxay Atakişiyev, Bizim.Media

QEYD: Material MEDİA Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği - bəndinə uyğun olaraq hazırlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kanadada TERROR ŞOKU: İŞİD üzvləri HƏBS OLUNDU - Aralarında Osman Əzizov da var

Kanadada TERROR ŞOKU: İŞİD üzvləri HƏBS OLUNDU - Aralarında Osman Əzizov da var

Oğlu Amerikada təhsil alacaq

Oğlu Amerikada təhsil alacaq

Livanda "Hizbullah"ın iki döyüşçüsü MƏHV EDİLDİ

Livanda "Hizbullah"ın iki döyüşçüsü MƏHV EDİLDİ

Boksçularımız Türkiyədə 32 medal QAZANDI

Boksçularımız Türkiyədə 32 medal QAZANDI

Nokauta düşən bloqer Ceyk Pol əməliyyat olundu - FOTO

Nokauta düşən bloqer Ceyk Pol əməliyyat olundu - FOTO

Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

Britaniyalı nazirin pivəxanaya girişi qadağan edildi

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

İstanbuldakı “Zara”dan götürdüyü paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

"Məlhəm Hospital"da YANĞIN OLDU

"Məlhəm Hospital"da YANĞIN OLDU

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı — VİDEO

Xırdalanda bir evdə 3 nəfər huşsuz halda tapıldı — VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

Başqasının kartına göndərilən vəsaiti necə geri qaytarmaq olar? - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi - VİDEO

“Qalatasaray” evdə üç xala sevindi - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Yazıçılar üçün bina tikdilər, vətəndaşın hasarı uçdu - VİDEO

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Mingəçevirdə 2 avtomobil toqquşdu - 3 yaralı var

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Şuşadan oğurlanan abidələr gizli yolla qaytarılıbmış – Polad Bülbüloğlu AÇIQLADI

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Çörəkxananın sahibi Putinə “pirojki” göndərdi - VİDEO

Bütün zamanların ən yaxşı 20 filmi

Bütün zamanların ən yaxşı 20 filmi

Sabah Xətaidə QAZ OLMAYACAQ

Sabah Xətaidə QAZ OLMAYACAQ

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğub öldürdü

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Mayamidə Ukrayna üzrə yenə görüş KEÇİRİLİR

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Apple gecə foto çəkilişini yaxşılaşdırmağın yolunu tapdı

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

Makronun sarayında minlərlə avroluq qarət - Oğurlayıb hərraca çıxardılar

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

ABŞ Venesuela ətrafında qüvvələrini cəmləşdirir - Maduro istefa verəcəkmi?

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Gecə saatlarında səs-küy salanlara XƏBƏRDARLIQ: Cərimələr tətbiq ediləcək - VİDEO

Trampın qalmaqallı fotosu silindi

Trampın qalmaqallı fotosu silindi

End of content

No more pages to load

RADİO