“Əminəm ki, sizin səfəriniz çox uğurlu keçəcək və Qazaxıstan-Azərbaycan dostluq, qardaşlıq münasibətləri yeni yüksək pilləyə qalxacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşündə səsləndirib.
Dövlət başçısı bildirib ki, rəsmi Bakı Qazaxıstan Prezidentinin səfərinə çox böyük önəm verir:
“Əminəm ki, səfərin çox gözəl nəticələri olacaq”.
Bizim.Media