"Ukraynanın rusiyalı jurnalist Darya Duqinanın qətli ilə əlaqəsi yoxdur".
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Krım platforması” sammitində bildirib.
O qeyd edib ki, Rusiya mediası bilərəkdən cinayəti rəsmi Kiyevin üzərinə atmağa çalışır:
“Bu qətiyyən bizim məsuliyyətimizə daxil deyil. O, bizim ölkənin vətəndaşı deyil və bizi maraqlandırmır. Bu hadisə Ukrayna ərazisində olmayıb”, deyə V.Zelenski qeyd edib.
Bizim.Media