2022-ci il noyabrın 1-dən Serbiya Avropa İttifaqının embarqosu səbəbindən Rusiya neftinin idxalını dayandıracaq.
Bizim.Media “rbc.ua”ya istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Vuçiç bəyan edib.
O, artıq Belqradın alternativ təchizatçılar axtarmalı olacağını bildirib.
Xatırladaq ki, Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və Avropa İttifaqının Rusiya neftinə qarşı embarqosuna qoşulmayıb.
Bizim.Media