"Neftçi" - "Rapid" matçının ilk hissəsində zədələnərək əvəzlənən futbolçusu Azər Salahlı müayinədən keçib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, həkimlərin rəyinə görə, 28 yaşlı müdafiəçi 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunmalıdır.
Cərrahi əməliyyat yaxın günlərdə həyata keçiriləcək və Salahlı təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.
Bizim.Media