ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə cavabımız qanuni və əsaslıdır.
Bizim.Media “Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ açıqlama verib.
“ABŞ-ın ənənəvi metodu problem yaratmaqdan və sonra bundan öz məqsədlərinə çatmaq üçün istifadə etməkdən ibarətdir. Biz ABŞ-ı xəbərdar etmək istəyirik ki, ehtiyatsız davranmasınlar və böhranı dərinləşdirməsinlər”, - o deyib.
Bizim.Media