Azərbaycan taekvondoçuları dünya çempionatını 4 medalla başa vurdular

Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə taekvondoçular arasında dünya çempionatı başa çatıb.

Bizim.Media xəbər verir ki, yarışın son günündə aktivində 1 qızıl və 1 bürünc medal olan Azərbaycan millisinin daha iki üzvü fəxri kürsüyə yüksəlib.

49 kq-da Bahadur Dostuyev debüt görüşündə Yakub Soltsiakı (Polşa) məğlub edib - 2:0. Onun 1/8 finalda rəqibi Zaid Peres (Meksika) olub. Gərgin keçən döyüş Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Dostuyev 1/4 finalda Apostolos Panaqopoulosdan (Yunanıstan) güclü olub - 2:0. Yarımfinalda Eunselok Li (Cənubi Koreya) ilə üz-üzə gələn Dostuyev rəqibi mərhələ adladığından bürünc medala yiyələnib.

Onun uğurunu 61 kq çəki dərəcəsindəki Yunis Hüseynov da təkrarlayıb. O, ardıcıl olaraq Joey Yusif (Livan), Gitiş (Hindistan) və Enes Duşkini (Monteneqro) mübarizədən kənarlaşdıraraq, yarımfinalda iştirak hüququ qazanıb. Finala gedən yolda Nika Qoqoberidze (Gürcüstan) ilə üz-üzə gələn Hüseynov məğlub olduğundan 3-cü yeri tutub.

Beləliklə, Azərbaycan millisi 77 ölkədən 670-dən çox idmançının qatıldığı və 4 gün davam edən mundialı 1 qızıl və 3 bürünc medalla başa vurub. Dostuyev və Hüseynovdan öncə Mehdi Budaqlı (33 kq) dünya çempionu tituluna sahib olub, Fuad Məhərləmli (45 kq) 3-cü yerdə qərarlaşıb.

Bu nəticə Azərbaycan taekvondosu tarixində 2 rekordla əlamətdar olub. Budaqlı yeniyetmələrin mübarizəsində ölkəyə ilk qızıl mükafatı qazandırdığı halda, milli medal sayında ən yaxşı göstəricisinə imza atıb.

İndiyədək komanda heç bir dünya çempionatında 4 mükafata sahib olmayıb. Sofiyadakı yarışadək ən yaxşı nəticə 2014-cü ildə Bakıda qeydə alınıb. Həmin mundialı yığma 2 gümüş və 1 bürünc medalla bitirib.

Qeyd edək ki, milli komanda avqustun 2-də Vətənə qayıdacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Prezidentlərin Şuşa görüşündən yeni görüntülər - VİDEO

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Sahibə Qafarova başsağlığı vermək üçün Qətərə getdi

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

Bakıda iki böyük küçə bağlanır – Alternativ YOLLAR - FOTO

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

39 saylı marşrutun hərəkət sxemi və avtobusları dəyişdi - Gediş haqqı artdı

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

Ucuz kolbasaların tərkibində karton olur? – İndiyədək bildiyimiz doğru və yanlışlar – FOTO

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

22 yaşlı Rəşad müharibədə HƏLAK OLDU

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Agentlik Gəncədəki zəhərlənmə ilə bağlı araşdırmalara başladı

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Tramp Hörmüzdən keçən gəmilərdən 20% rüsum almayacaq

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Mənsum İbrahimov: "Qızım bütün nəsli formada saxlayır"

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Tramp Xark adasının ələ keçirilməsi ideyasını DƏSTƏKLƏDİ

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Gəncədə qidadan zəhərlənmə: 6 nəfər xəstəxanalıq oldu

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

Zirədə dəniz suyu qəhvəyi rəngə boyandı: Çimərlikdə narahatlıq yaradan görüntülər - VİDEO

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

İnterpolun axtardığı Tuqay Hüseynov Azərbaycana təhvil verilir

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Bakıda 3 böyük yolda təmir işləri BAŞA ÇATDI - VİDEO

Qusarda selin dağıtdığı yollar bərpa olundu - İcra başçısı yeni körpünü istifadəyə verdi - FOTO

Qusarda selin dağıtdığı yollar bərpa olundu - İcra başçısı yeni körpünü istifadəyə verdi - FOTO

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir - FOTO

Bakıda separatçı liderlərin məhkəməsi: Bako Sahakyan ittihamları rədd etdi - FOTO

Bakıda separatçı liderlərin məhkəməsi: Bako Sahakyan ittihamları rədd etdi - FOTO

Türkiyə Netanyahunu beynəlxalq AXTARIŞA VERDİ

Türkiyə Netanyahunu beynəlxalq AXTARIŞA VERDİ

Azərbaycan və Britaniya parlamentariləri Bakıda görüşdülər - FOTO

Azərbaycan və Britaniya parlamentariləri Bakıda görüşdülər - FOTO

Azərbaycanda "Temu"ya qarşı İŞ QALDIRILDI

Azərbaycanda "Temu"ya qarşı İŞ QALDIRILDI

Azər Novruzova Mərkəzi Bankda yüksək vəzifə VERİLDİ - FOTO

Azər Novruzova Mərkəzi Bankda yüksək vəzifə VERİLDİ - FOTO

Azərbaycan və Slovakiya kibercinayətkarlığa qarşı güclərini birləşdirir - FOTO

Azərbaycan və Slovakiya kibercinayətkarlığa qarşı güclərini birləşdirir - FOTO

Azərbaycan Dovletgeldi Başımovu Türkmənistana təhvil verdi

Azərbaycan Dovletgeldi Başımovu Türkmənistana təhvil verdi

End of content

No more pages to load

RADİO