Mədəniyyət Nazirliyi Yaylaq Festivalında jurnalistlərin üzləşdiyi çətinliklə bağlı üzr istədi

İyulun 29-31-də Mədəniyyət Nazirliyi və digər dövlət və özəl qurumların təşkilatçılığı ilə Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində II Milli Yaylaq Festivalı keçirilib.

Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, iyulun 30-da ölkəmizin müxtəlif media orqanları nümayəndələrinin Hacıkənd qəsəbəsinə səfəri təşkil olunub.

Səfərdən dönüş zamanı saat 20 radələrində media nümayəndələrini daşıyan avtobus festival ərazisindən yola düşüb. Təxminən 700 metr məsafə qət olunduqdan sonra güclü yağış yağmağa başlayıb, torpaq yolda yaranmış palçıq nəqliyyat vasitəsinin hərəkətində çətinlik yaradıb.

Ərazidə xidmət aparan DİN-in əməkdaşları tərəfindən iritutumlu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Avtobusda olan media nümayəndələrinin bir qrupu səfərə məsul olan Mədəniyyət Nazirliyinin əməkdaşı və polis əməkdaşlarının təkidlərinə baxmayaraq, nəqliyyat vasitəsini tərk edərək piyada yollarına davam ediblər.

Nazirliyin Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov həmin şəxslərin şəxsi avtomobili ilə qarşılanıb müvafiq qaydada yerləşdirilməsini təmin edib.

Avtobusda qalan digər nümayəndələr isə nazirliyin rəsmi şəxslərinin aidiyyəti dövlət orqanları ilə danışıqlarından sonra səhər saatlarında ərazidən təhlükəsiz yerə köçürülüb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun şəxsən iştirakı ilə DYP-nin əməkdaşları tərəfindən yüksək manevr imkanlarına malik nəqliyyat vasitəsilə media mənsubları beş-beş Hacıkənd qəsəbəsinə evakuasiya edilib.

Qəsəbədə media nümayəndələrinə Niyazi Bayramov və Gəncə RMİ-nin rəisi Vasif Cənnətov tərəfindən yüksək diqqət göstərilib, mikroavtobusla Bakı şəhərinə yola salınıb.

Mədəniyyət Nazirliyi kəskin hava və çətin relyef şəraiti ilə əlaqədar yaranmış xoşagəlməz vəziyyətə görə media nümayəndələrindən və qonaqlardan qarşılaşdıqları duruma görə təəssüf hissi keçirir və narahatçılığa görə üzr istəyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İB 27 hektar torpaq tələb edir? - Birlik sədrindən AÇIQLAMA

“Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İB 27 hektar torpaq tələb edir? - Birlik sədrindən AÇIQLAMA

Paşinyan II Qareginə ƏVƏZ TAPDI – SEÇKİ OLACAQ

Paşinyan II Qareginə ƏVƏZ TAPDI – SEÇKİ OLACAQ

Prezident “Qarabağ”ı belə təbrik etdi – FOTO

Prezident “Qarabağ”ı belə təbrik etdi – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

İlham Əliyev Donald Trampa təşəkkür etdi – FOTO

Bu bürcün həyatında gözlənilmədən əbədi dəyişiklik olacaq

Bu bürcün həyatında gözlənilmədən əbədi dəyişiklik olacaq

Ukraynada əsir götürülən keniyalı idmançı rusların görün hansı sirlərini açdı - VİDEO

Ukraynada əsir götürülən keniyalı idmançı rusların görün hansı sirlərini açdı - VİDEO

Sumqayıtdakı dəhşətli qətlin TƏFƏRRÜATI

Sumqayıtdakı dəhşətli qətlin TƏFƏRRÜATI

Şuşa Zəfər Muzeyinin layihəsi 1 milyona başa gələcək

Şuşa Zəfər Muzeyinin layihəsi 1 milyona başa gələcək

Rusiya Ukraynanın dəmir yoluna zərbə endirdi

Rusiya Ukraynanın dəmir yoluna zərbə endirdi

Bu səlahiyyət icra başçılarından ALINIR

Bu səlahiyyət icra başçılarından ALINIR

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişir

İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Qanun dəyişir

Ruben Vardanyan məhkəmədən Paşinyanın dindirilməsini TƏLƏB ETDİ

Ruben Vardanyan məhkəmədən Paşinyanın dindirilməsini TƏLƏB ETDİ

Oyunda zədələnən Yankoviçin son durumu AÇIQLANDI

Oyunda zədələnən Yankoviçin son durumu AÇIQLANDI

"Analar bunu övladına hiss etdirməməlidir"

"Analar bunu övladına hiss etdirməməlidir"

Babək Şahbazi edam edildi - FOTO

Babək Şahbazi edam edildi - FOTO

Strateji valyuta ehtiyatlarımız 77,7 milyard dollara çatdı

Strateji valyuta ehtiyatlarımız 77,7 milyard dollara çatdı

“Qarabağ” Bakıda coşqu ilə qarşılandı - VİDEO

“Qarabağ” Bakıda coşqu ilə qarşılandı - VİDEO

Gəncədə qadın sürücü xəstəxanalıq oldu

Gəncədə qadın sürücü xəstəxanalıq oldu

“Benfika”-“Qarabağ” matçının ən yaxşısı KİM OLDU?

“Benfika”-“Qarabağ” matçının ən yaxşısı KİM OLDU?

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Şuşakənddə ilin sonunadək daha 85 ev bərpa ediləcək – FOTO

Şuşakənddə ilin sonunadək daha 85 ev bərpa ediləcək – FOTO

Bakıya qayıdan Qurban Qurbanovdan ilk AÇIQLAMA - VİDEO

Bakıya qayıdan Qurban Qurbanovdan ilk AÇIQLAMA - VİDEO

Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA

Rəşid Mahmudovdan süni intellektdən tibbi məsləhət alanlara SƏRT REAKSİYA

“28 May”da avtobus qadını vurdu

“28 May”da avtobus qadını vurdu

End of content

No more pages to load

RADİO