Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya çəkilən yeni yoldan keçib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Birinci vitse -prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib.
“Baxın, gün də çıxdı. Günəş də bizi salamlayır, yolumuzu işıqlandırır. Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya.
Yol tikintisi də aparılır və əminəm ki, bu gözəl bir yol olacaq. Bu yol heç vaxt olmuyub. Qəhərman hərbçilərimiz bu ərazilərdən keçib.
Cəmi iki ay ərzində bax bu yolu açmışıq. Yol əlbəttə ki, genişləndiriləcək və asfalt döşənəcək. Azərbaycan vətəndaşları rahat Şuşaya gedəcək”,- deyə dövlət başçısı qeyd edib.
Bizim.Media