Moskvada məşhur restoran şəbəkə sahibi olan Anton Pinskinin Rusiyada “Starbucks” almaq üçün danışıqlar apardığı barədə məlumatlar ortaya çıxıb.
Söhbət 2000 işçinin çalışdığı obyektlərin icarəyə verilməsi hüququnun əldə edilməsindən gedir.
Bizim.Media “Mash” telegram kanalına istinadən xəbər verir ki, senator Arsen Kanokovun “Sindika” holdinqi “Timati” ləqəbli Rusiyanın məşhur ulduzu Timur Yunusovun sahib olduğu “Pinsky”yə qoşulub.
“Timati” “Starbucks”ın adını və logosunu dəyişdirəcək.
Rəşad Əliyev, Bizim.Media