“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibləri olan "Makkabi"nin (Tel-Əviv) “Kubok Toto” yarışının pley-offunda Netanya "Makkabi"si ilə oyununu canlı izləyib
Bizim.Media xəbər verir ki, o, köməkçisi Eltun Yaqublu ilə birlikdə matçı izləmək üçün İsarilə yollanıb.
Xatırladaq ki, “Zirə”nin “Makkabi” ilə ilk oyunu iyulun 21-də “Dalğa Arena”da olacaq.
Komandalar iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda cavab matçına çıxacaq.
Bizim.Media
