Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İslamabada 2 günlük səfəri çərçivəsində Pakistan prezident Arif Alvi ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Çavuşoğlu sosial media hesabında paylaşım edib.
''Prezident Alviyə Prezidentimiz Ərdoğanın salamlarını və ən xoş arzularını çatdırdıq. Pakistan ikinci evimizdir. Mükəmməl əlaqələrimizi daha da inkişaf etdirəcəyik. "Hilal-e Pakistan'' nişanını qururla daşıyacam. Yaşasın Türkiyə-Pakistan qardaşlığı'',- deyə o bildirib.
Qeyd edək ki, bu gün İslamabadda Azərbaycan, Türkiyə və Pakistan Xarici İşlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Bizim.Media