"Səbail" klubu yeni transferini açıqlayıb.
Bizim.Media paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata istinadən xəbər verir ki, "dənizçilər" Azərbaycan millisinin qapıçısı Emil Balayevi heyətinə qatıb.
28 yaşlı qolkiperlə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Emil Balayev son olaraq Qazaxıstanın "Turan" klubunda çıxış edib.
Bizim.Media