“G20” sammitində diplomatlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovla şəkil çəkdirməkdən imtina ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ dövlət katibi Entoni Blinken və digər Qərb diplomatları Lavrovla birgə çəkiliş aparmaqdan imtina ediblər.
Qeyd edək ki, bu gün İndoneziyada “G20” iclası keçirilir.
Bizim.Media