Milyarder və “Las Vegas Sands”ın qurucusu Şeldon Adelson 88 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Las Vegas Sands”ın saytında məlumat verilib.
Məlumata görə, o, qan xərçəngindən əziyyət çəkirmiş.
Qeyd edək ki, “Forbes” jurnalı 2020-ci il iyul ayında onun varidatını 30,8 milyard dollar dəyərində qiymətləndirib. Adelson ən varlı adamların siyahısında 28-ci idi.
Bizim.Media