Meyxanaçı Aqşin Fateh xarici görkəminə əl gəzdirib.
Bizim.Media xəbər verir ki, söz ustadı "Maqazin plyus" verilişində üzünə botoks etdirdiyini etiraf edib.
A.Fateh bu addımı üzündəki saysız-hesabsız çapıqların olması ilə əlaqləndirib:
"Səhnə insanın baxımlı olmasını tələb edir. Üzümdə bəzi çapıqları olduğu üçün müalicəvi iynələr vurulub".
Qeyd edək ki, Aqşin Fateh illər əvvəl burnunda "rinopkastika" əməliyyatı keçirib.
Rəşad Əliyev, Bizim.Media