Müğənni Günay İbrahimli paylaşımı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, estrada ulduzu sosial şəbəkə hesabında qırmızı sinə dekolteli libasda fotosunu paylaşaraq, iddialı şərhi ilə diqqətləri üzərinə cəmləyib.
Günay "Nəyi istədimsə, onu da əldə etdim. Nələri arzu edirəmsə, onları da əldə edəcəyəm" deyə yayımladığı şəkilinə adından söz etdirən sözlər yazıb.
Qeyd edək ki, Günay İbrahimli müğənnilik karyerası ilə bərabər eyni zamanda şəxsi biznesi var. Belə ki, pop ulduzun şəhərin mərkəzində dəbdəbəli "İbrahimli boutique" adlı butik-atelyesi fəaliyyət göstərir.
Rəşad Əliyev, Bizim.Media