Şuşa teatrına həsr olunan “Ən uzun qastrol” filmi təqdim olundu – FOTO/VİDEO

Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətindən bəhs edən “Ən uzun qastrol” adlı sənədli film “İctimai” TV-də yayımlanaraq geniş ictimaiyyətə təqdim olunub.

Bizim.Media xəbər verir ki, filmdə Şuşa Dövlət Musiqili Dram Teatrının tarixi, Şuşanın işğalından sonra teatrın üzləşdiyi çətinliklər, buna baxmayaraq yaradıcı kollektivin fədakarlıqları sayəsində bu mədəniyyət ocağının fəaliyyətini 30 il ərzində davam etdirməsi, nəhayət, yenidən doğma Şuşaya qayıda bilməyin onlara verdiyi sevinc və qurur hissi nümayiş olunur.

Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azəri Yurdu” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “İşğal nəticəsində dağıdılan mədəniyyət ocağının tanıdılması” layihəsi çərçivəsində hazırlanıb.

Ekran işi “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin yaradıcı heyəti tərəfindən istehsal edilib. Filmin ssenaristi və redaktoru Ayaz Mirzəyev, rejissoru – Zəka Qulu, operatoru isə Emin Hüseynovdur.

Sənədli film Şuşa Dövlət Musiqili Dram Teatrının 4 aktyorunun müsahibəsi əsasında çəkilib.

Filmin əsas süjet xətti 1990-cı ildə dövlət statusu alan Şuşa teatrının doğma şəhərində tamaşa qoymaq arzusunun müharibə səbəbindən reallaşa bilməməsi, ilk səhnəni Bakıda reallaşdırması ilə son 30 ildə “ən uzun qastrol”a çıxmasına həsr olunub.

Həmçinin filmdə teatrın direktoru Yadigar Muradovun 30 il sonra Şuşa şəhərinə getməsi nümayiş olunur və o, teatrın dağıdılmış binasının yerinə çatarkən gözünün qarşısında Şuşada teatrın ilk səhnələşdirmək istədiyi “Arşın mal alan” tamaşasından Vəli və Tellinin dueti canlanır.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çempionlar Liqası: İlk oyun günündə 6 görüş reallaşdı - NƏTİCƏLƏR

Çempionlar Liqası: İlk oyun günündə 6 görüş reallaşdı - NƏTİCƏLƏR

5 bürc üçün bu həftə eşqlə dolu olacaq

5 bürc üçün bu həftə eşqlə dolu olacaq

Zelenski: “Putinlə heç bir şərt olmadan görüşməyə hazıram”

Zelenski: “Putinlə heç bir şərt olmadan görüşməyə hazıram”

"Bütün xəstəliklərin çarəsi budur" - Tanınmış həkim

"Bütün xəstəliklərin çarəsi budur" - Tanınmış həkim

“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi

“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi

Kredit borcu olanların NƏZƏRİNƏ

Kredit borcu olanların NƏZƏRİNƏ

Bu bölgələrə yay yenidən qayıtdı – Temperatur 40 dərəcəyə çatacaq!

Bu bölgələrə yay yenidən qayıtdı – Temperatur 40 dərəcəyə çatacaq!

Qurban Qurbanovdan tarixi qələbəyə REAKSİYA

Qurban Qurbanovdan tarixi qələbəyə REAKSİYA

BİZİM TƏQVİM:17 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:17 sentyabrda baş vermiş tarixi hadisələr

Yamal "Barselona"nın ÇL matçını da BURAXACAQ

Yamal "Barselona"nın ÇL matçını da BURAXACAQ

Bakıda kişinin meyiti evin həyətindən TAPILDI

Bakıda kişinin meyiti evin həyətindən TAPILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

İdman zalı ayaq yolundan daha mikropludur

İdman zalı ayaq yolundan daha mikropludur

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

"Qarabağ" hesabı BƏRABƏRLƏŞDİRDİ - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

Onkoloq Anar Məmmədovun peşəkarlığı səhv iddiaları DOĞRU ÇIXARDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

"Qarabağ" fərqi AZALTDI - VİDEO

End of content

No more pages to load

RADİO