Türkiyədə yeni TƏXRİBAT: “Qərbi Ermənsitan dövlətinin pasportu”nu paylamaq göstərişi KİMDƏN GƏLİB?

Türkiyə ərazisinin bir hissəsinə və Naxçıvana iddialı olan virtual “Qərbi Ermənistan Respublikası”nın qondarma “prezidenti” Armenak Abramyan bir qrup “parlamentari” ilə Türkiyənin şərq və cənub-şərq bölgələrinə səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Serdar Ünsal açıqlama verib.

Onun sözlərinə görə, “bu ərazilərdə yaşayan etnik ermənilərə virtual “dövlət”in “pasportları” təntənəli şəkildə təqdim edilib. Qondarma erməni “dövləti”nin nümayəndələrinin bədnam səfəri ilə bağlı reportaj “Qərbi Ermənistan” telekanalında yayımlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

ASALA-nın “Qərbi Ermənistan” xülyası - VİDEO


Məlumatda deyilir ki, Armenak Abrahamyan və digərləri Dersimdə çoxsaylı erməni əsilli Türkiyə vətəndaşları ilə görüşüb, həmçinin Harput və Sur şəhərlərində olublar”.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Cümşüd Nuriyev bildirib ki, “bu gözlənən bir şeydir. Çünki, Türkiyənin dünyada artan nüfuzu düşmən ölkələri hərəkətə gətirib.

Ermənilər də tarixən təxribat üçün yaranmış bir varlıqdı. Qədim Bizans, Roma imperiyasından Osmanlı imperiyasına və bu günümüzə qədər baş verən əksər təxribat və terrorda ermənilər olub. Və bu gün də var.
Əslində, burda qorxulacaq bir şey yoxdur. Türkiyə qüdrətli dövlətdir. Bu cür xırda təxribatlara qarşı da həssasdır. Bu cür təxribatçı hərəkətlər sadəcə gündəm yarada bilər. Amma Türkiyədəki ictimai-siyasi proseslərə heç bir təsir imkanları yoxdur”.

Politoloq onu da əlavə edib ki, “bu təxribatların arxasında Yunanıstan dayanır. Yunanların ən böyük diasporu isə bildiyimiz kimi ABŞ-dadır.

Dolayısı ilə bu məsələdə Vaşinqtonun da barmağı var. Bu cür təxribatlar rəsmi Ankaranın gözünü qorxutmağa xidmət edir. Çünki, Türkiyədə 5-ci kalonun iki böyük qanadı var-PKK və ermənilər.
Türkiyənin Qərbdəki düşmənləri də zaman-zaman bu təxribatçılara dəstək verib. Son günlər Türkiyənin İsveç və Finlandiya üzərindəki diplomatik qələbəsini həzm edə bilməyən qüvvələr bu tip təxribatlarla özlərinə təsəlli tapırlar”.

Surxay Atakişiyev Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Burak Özçivit və Fahriye Evcen boşanma şayiələrinə belə son qoydular - FOTO

Burak Özçivit və Fahriye Evcen boşanma şayiələrinə belə son qoydular - FOTO

Ləzədə palçıq SELİ – Kəndin yolu BAĞLANDI - VİDEO

Ləzədə palçıq SELİ – Kəndin yolu BAĞLANDI - VİDEO

ABŞ-da atışma – 3 yaralı var

ABŞ-da atışma – 3 yaralı var

Benzin qıtlığı Moskvaya da çatdı - VİDEO

Benzin qıtlığı Moskvaya da çatdı - VİDEO

Azərbaycan klubunun baş məşqçisi: “Çox vacib oyuna çıxacağıq”

Azərbaycan klubunun baş məşqçisi: “Çox vacib oyuna çıxacağıq”

“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ

“TikTok”da anası tərəfindən zorakılığa məruz qalan azyaşlı uşaq müəssisəsinə yerləşdirildi – RƏSMİ

İmişlidə toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ – 18 nəfər xəstəxanalıq oldu

İmişlidə toyda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ – 18 nəfər xəstəxanalıq oldu

Arvadının qolunu sındırdı – MƏHKƏMƏLİK OLDU

Arvadının qolunu sındırdı – MƏHKƏMƏLİK OLDU

Qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar AÇIQLANDI

Qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar AÇIQLANDI

ADNSU-nun məzun şəhidi Teymur Rəsulova həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib – FOTO

ADNSU-nun məzun şəhidi Teymur Rəsulova həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib – FOTO

Bakıda kafe və restoranlar bu il 1.2 milyard manata yaxın gəlir əldə edib

Bakıda kafe və restoranlar bu il 1.2 milyard manata yaxın gəlir əldə edib

“WhatsApp”da mesajları tərcümə etmək mümkün OLACAQ - FOTO

“WhatsApp”da mesajları tərcümə etmək mümkün OLACAQ - FOTO

Trampdan İlham Əliyevə: “Mən Sizinlə həqiqətən fəxr edirəm” - FOTO/VİDEO

Trampdan İlham Əliyevə: “Mən Sizinlə həqiqətən fəxr edirəm” - FOTO/VİDEO

Mətbəxdəki bu 3 əşyanı dərhal atın!

Mətbəxdəki bu 3 əşyanı dərhal atın!

Azərbaycanlı hakim Avropa çempionatının SEÇMƏ MƏRHƏLƏSİNDƏ

Azərbaycanlı hakim Avropa çempionatının SEÇMƏ MƏRHƏLƏSİNDƏ

Zəlzələlərlə bağlı QORXUNC STATİSTİKA – Bu il Xəzərdə qeydə alınan təkanların SAYI

Zəlzələlərlə bağlı QORXUNC STATİSTİKA – Bu il Xəzərdə qeydə alınan təkanların SAYI

“Dostum Ceyhun Bayramovla görüşmək çox xoş oldu” – FOTO

“Dostum Ceyhun Bayramovla görüşmək çox xoş oldu” – FOTO

Ukrayna ordusu Krımdakı sanatoriyaya hücum etdi – ANBAAN VİDEO

Ukrayna ordusu Krımdakı sanatoriyaya hücum etdi – ANBAAN VİDEO

Nənəsinə görə xəstəxanada dava saldı: Həbs edildi

Nənəsinə görə xəstəxanada dava saldı: Həbs edildi

Ermənistanda müxalifətçi belə güllələndi - ANBAAN VİDEO

Ermənistanda müxalifətçi belə güllələndi - ANBAAN VİDEO

Millinin baş məşqçisi QARƏT EDİLDİ

Millinin baş məşqçisi QARƏT EDİLDİ

Yusif Kazımov direktor TƏYİN EDİLDİ

Yusif Kazımov direktor TƏYİN EDİLDİ

Şimali Koreyada kuryoz qadağa – Sevgi məktubu göndərmək olmaz

Şimali Koreyada kuryoz qadağa – Sevgi məktubu göndərmək olmaz

Bakıda kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası - Bəraət verildi

Bakıda kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası - Bəraət verildi

End of content

No more pages to load

RADİO