Rusiyanın bugünədək 77 təyyarəsi xaricdə saxlanılıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Vitali Savelyev bildirib.
O qeyd edib ki, təyyarələrin bir qismi lizinqdə olduğu üçün saxlanılıb. Digərləri isə hava məkanı bağlı olduğu üçün Rusiyaya uça bilmir.
Nəqliyyat nazirinin məlumatına görə, hazırda Rusiyada 1151 təyyarə istismardadır.
Bizim.Media