“SpaceX” və “Tesla” şirkətinin rəhbəri İlon Mask “Forbes” jurnalının “Dünyanın ən varlı insanları reytinq”ində birinciliyi əldən verib.
Bizim.Media xəbər verir ki, bu bardə “Bloomberg” agentliyi məlmuat yayıb.
“Forbes Real-Time”ın hesablamalarına görə, Maskın sərvəti bir gündə 13,5 milyard azalaraq, 176,2 milyard dollara düşüb. Bu da onu reytinqdə ikinci yerdə qərarlaşdırıb.
“Amazon”un qurucusu Ceff Bezos isə 182,1 milyard dollar sərvəti ilə yenidən liderliyə yüksəlib.
Qeyd edək ki, ötən gün ABŞ-ın əsas səhm indeksləri aşağı düşüb. “Tesla”nın səhmləri dərhal 7,8% azalaraq 811,19 dollara enib.
Bizim.Media