Ukrayna hökuməti Rusiya Federasiyası ilə viza rejimi tətbiq edib.
Bizim.Media “rbc.ua”ya istinadən xəbər verir ki, qərar bu gün, iyulun 1-dən qüvvəyə minib.
Ukraynanın Baş naziri Denis Şmıqal da mətbuata açıqlamasında müqavilənin ləğv edildiyini bildirib:
“Nəhayət Rusiya ilə əlaqələri kəsirik. Dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı çıxmaq üçün hökumət Ukrayna Prezidentinin göstərişlərini yerinə yetirərək yalnız Rusiya Federasiyası ilə vizasız rejimə dair müqaviləni ləğv etdi”.
Bizim.Media