ABŞ -ın San-Diyeqo zooparkında 8 qorilla koronavirusa yoluxub.
Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, heyvanlarda qızdırma olduğunu müşahidə edən zoopark rəhbərliyi dərhal onları koronavirus testindən keçirib.
Heyvanat parkının nümayəndəsi Andru Jeyms bildirib ki, heyvanlar 2 gün dayanmadan öksürüblər və onların koronavirus testi pozitiv çıxıb.
Qorillalara koronavirusun zoopark işçilərindən keçdiyi ehtimal edilir.
Vüqar Ağamalıoğlu, Bizim.Media