Dohada aparılan atom danışıqlarının nəticəsiz qalması və BMT-nin Təhlükəsizlik Şurasında İranın nüvə proqramı ilə bağlı baş verən proseslər ölkədə dolların məzənnəsinə təsirsiz ötüşməyib.
Bizim.Media xəbər verir ki, bu gün İranda 1 dolların məzənnəsinin 32 min tüməni keçdiyi müşahidə edilib.
İrana qarşı yeni sanksiyaların qəbul edilmə ehtimalı olduğundan yaxın vaxtlarda ölkədə dolların daha da bahalaşacağı deyilir.
Bizim.Media