Qazilərin müavinətlərinin artırılmasına deputatdan RƏY – “Taleyüklü məsələ Qarabağın dirçəlməsidir”

Xəbər verdiyimiz kimi, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı qeyd edib ki, müharibə veteranlarına ödənilən 80 manatlıq sosial müavinətləri 130-150 manata qədər artırmaq olar.

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə deputatın təklifinə cavab olaraq bildirib ki, sosial ödənişlər islahatlarının daimi tərkib hissəsi kimi müavinətlərin həcminin artırılması məsələsinə də baxılacaq.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı vurğulayıb ki, Dövlət başçısını n apardığı siyasətin təməl xətti məhz sosial ədalət və humanizmdir:

“Cənab Prezident hər zaman çıxışlarında bu məsələni səsləndirir. Dövlət büdcəsində kiçik də olsa imkan yaranan kimi, onu sosial məsələlər yönləndirir. Bu gün Siyavuş müəllimin qaldırdığı məsələyə gəlincə isə, əlbəttə, biz də istərdik ki, müharibə veteranlarımız daha çox müavinət alsınlar. Və təkcə müharibə veteranlarımız yox, bütövlükdə həssas əhalinin yaşayış səviyyəsi yüksək olsun. 

Siyavuş müəllimin təklifinə cavab olaraq Sahil Babayev məsələyə baxıldığını bildirib. Zərrə qədər də şübhəm yoxdur ki, bu məsələ daima araşdırılır və ölkə rəhbərinə təqdim edilir. Fürsət olan kimi, Cənab Prezident məsələnin müsbət həlli üçün qərar qəbul edir. Ötən dövrü də nəzərdən keçirsək, buna şahid ola bilərik”.

Millət vəkili qeyd edib ki, hal-hazırda bizim Qarabağın ən qısa müddətdə əvvəlki şöhrətindən də daha yüksək səviyyəyə qayıtması kimi yükümüz var:

“Eyni zamanda bir milyondan çox qaçqın və məcburi köçkünümüz təcili surətdə öz yurd-yuvalarına qayıtmalıdır. Bu gün elə təşkilatlar, erməni diasporasının içində elə qüvvələr var ki, Qarabağın işğaldan azad olunduğunu qəbul etmək istəmirlər. Bu gün bizim üçün taleyüklü məsələdir ki, tezliklə Qarabağ dirçəlsin və vətəndaşlarımız öz evlərinə qayıtsınlar. Ondan sonra həmin qüvvələr biləcəklər ki, Qarabağla bağlı “bəlkə də qaytardılar” heç vaxt mümkün olmayacaq”.

Məlahət İbrahimqızı Qarabağa qayıdış, Ermənistanla sülh müqaviləsinin imzalanması, sərhədlərimizin möhkəmlənməsindən sonra artıq bu cür sosial problemlərin qalmayacağına əmin olduğunu da sözlərinə əlavə edib:

“Bu qrupdan olan insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması dövlətmizin, icra strukturlarının və parlamentin də borcudur. Hal-hazırda hər bir məmur üçün meyar, etalon onun qaziyə, şəhid ailəsinə göstərdiyi diqqətə görə qiymətləndirilməlidir. Əgər hər hansı məmur bu insanların probleminə öz problemi kimi yanaşmırsa, hesab edirəm ki, elə məmurlara ictimai təpki göstərilməlidir. Onlara qarşı biganə qalmaq olmaz”. 

Sonda isə millət vəkili müharibə veteranlarının sosial müavinətlərinin artırılması məsələsinin də gələcək dövrdə həll oluna biləcəyini vurğulayıb.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

2030-cu ildə heç kim telefon işlətməyəcək: Smartfonu əvəz edəcək cihaz açıqlandı

2030-cu ildə heç kim telefon işlətməyəcək: Smartfonu əvəz edəcək cihaz açıqlandı

Dünyada nə qədər pul var?

Dünyada nə qədər pul var?

Onlayn işləyənlərdən vergi sistemində ünvan TƏLƏBİ – Qanunidirmi?

Onlayn işləyənlərdən vergi sistemində ünvan TƏLƏBİ – Qanunidirmi?

"Eşref Rüya"da yeni sima - FOTO

"Eşref Rüya"da yeni sima - FOTO

Fəzail Ağamalı ilə vida mərasiminin yeri və vaxtı MƏLUM OLDU

Fəzail Ağamalı ilə vida mərasiminin yeri və vaxtı MƏLUM OLDU

Bu şəxslər pensiyaya daha tez ÇIXMALIDIR: 65 yaşı gözləməli deyillər

Bu şəxslər pensiyaya daha tez ÇIXMALIDIR: 65 yaşı gözləməli deyillər

İran dövlət televiziyası Pezeşkianın çıxışını kəsdi - Video

İran dövlət televiziyası Pezeşkianın çıxışını kəsdi - Video

“11 mərtəbəli binamı qumarda itirdim”

“11 mərtəbəli binamı qumarda itirdim”

Yağıntılı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Yağıntılı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

ABŞ daha bir gəmini vurdu - Ölənlər var - Video

ABŞ daha bir gəmini vurdu - Ölənlər var - Video

İcra hakimiyyətlərində İSLAHATLAR BAŞLADI – Nə baş verir?

İcra hakimiyyətlərində İSLAHATLAR BAŞLADI – Nə baş verir?

Həbsdən çıxan kimi anasını, həyat yoldaşını, qızını öldürdü - Türkiyədə

Həbsdən çıxan kimi anasını, həyat yoldaşını, qızını öldürdü - Türkiyədə

İnanılmaz qədər zəngin olacaq bürclər

İnanılmaz qədər zəngin olacaq bürclər

Bakı dairəvi yolda qəza: Tıxac yarandı –VİDEO

Bakı dairəvi yolda qəza: Tıxac yarandı –VİDEO

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yolda sürət həddi endirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yolda sürət həddi endirildi

BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:10 fevralda baş vermiş tarixi hadisələr

Azərbaycan klublarının QIŞ TRANSFERLƏRİ

Azərbaycan klublarının QIŞ TRANSFERLƏRİ

Zaqatala sakini Oğuzda binanın damından YIXILDI

Zaqatala sakini Oğuzda binanın damından YIXILDI

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Müdafiə sənayesi nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “World Defence Show 2026” SƏRGİSİNDƏ - FOTO

Arda Güler tənqid hədəfinə tuş gəldi

Arda Güler tənqid hədəfinə tuş gəldi

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Telefonla çox oynayanların gözü TƏHLÜKƏDƏDİR

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Maaşı azaldılan Dibala vətəninə qayıda bilər

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

Xamenei ABŞ-la münasibətlərdə artan gərginlik fonunda xalqı milli birliyə ÇAĞIRDI

End of content

No more pages to load

RADİO