“Shusha Victory Project” layihəsinin çəkilişləri başladı – FOTO 

Şuşa şəhərində “Shusha Victory Project” layihəsinin icrasına start verilib. 

Layihə ABŞ-da yaşayan kamança ustadı İmamyar Həsənovun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir. 

ADDF-dan Bizim.Media-ya verilən məlumata görə, bu ideya Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində kamança ustadı İmamyar Həsənovun Azərbaycan Diasporuna Dəstək Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nümayəndələri ilə görüşü zamanı yaranıb.

Məqsəd – erməni işğalçıları tərəfindən qədim Şuşa şəhərindəki tarixi və mədəni irsimizə qarşı törədilən vandalizm aktlarının videoklip formatında dünya ictimaiyyətinə çatdırılmasıdır. 

Musiqiçilərin və rəqs qrupunun da iştirak edəcəyi videoklipin çəkilişləri zamanı İmamyar Həsənov beş milli musiqi kompozisiyasını ifa edəcək. Onların arasında “Azərbaycan Suitası”, “Sevgili Canan”, “Dilbərim” kimi əsərlər olacaq. 

Videoklipin çəkilişləri Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi və rejissoru Elxan Cəfərov tərəfindən aparılır.

Çəkilişlər Cıdır düzü, Şuşa qalası, Vaqifin məqbərəsi, Xan qızı Natəvanın sarayı, Üzeyir Hacıbəyovun və Bülbülün ev-muzeyi və şəhərin digər tarixi məkanlarında aparılacaq. İyunun 25-dən başlanan çəkilişlər iyunun 29-dək davam edəcək. 
Qeyd edək ki, layihə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir. Bu Sərəncam əsasında ADDF-in bir sıra layihələri gerçəkləşdirməsi nəzərdə tutulub. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyə mediası “Qarabağ”ı yenə o cür təqdim etdi – FOTO

Türkiyə mediası “Qarabağ”ı yenə o cür təqdim etdi – FOTO

DYP-dən yağıntılı hava ilə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən yağıntılı hava ilə bağlı sürücülərə MÜRACİƏT

Sürətli yeriş xərçəng riskini azaldır?

Sürətli yeriş xərçəng riskini azaldır?

Çempionlar Liqası: İlk oyun günündə 6 görüş reallaşdı - NƏTİCƏLƏR

Çempionlar Liqası: İlk oyun günündə 6 görüş reallaşdı - NƏTİCƏLƏR

5 bürc üçün bu həftə eşqlə dolu olacaq

5 bürc üçün bu həftə eşqlə dolu olacaq

Zelenski: “Putinlə heç bir şərt olmadan görüşməyə hazıram”

Zelenski: “Putinlə heç bir şərt olmadan görüşməyə hazıram”

"Bütün xəstəliklərin çarəsi budur" - Tanınmış həkim

"Bütün xəstəliklərin çarəsi budur" - Tanınmış həkim

“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi

“Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərildi

Kredit borcu olanların NƏZƏRİNƏ

Kredit borcu olanların NƏZƏRİNƏ

Bu bölgələrə yay yenidən qayıtdı – Temperatur 40 dərəcəyə çatacaq!

Bu bölgələrə yay yenidən qayıtdı – Temperatur 40 dərəcəyə çatacaq!

Qurban Qurbanovdan tarixi qələbəyə REAKSİYA

Qurban Qurbanovdan tarixi qələbəyə REAKSİYA

BİZİM TƏQVİM:17 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:17 sentyabrda baş vermiş tarixi hadisələr

Yamal "Barselona"nın ÇL matçını da BURAXACAQ

Yamal "Barselona"nın ÇL matçını da BURAXACAQ

Bakıda kişinin meyiti evin həyətindən TAPILDI

Bakıda kişinin meyiti evin həyətindən TAPILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

Dövlətə məxsus 55 nəqliyyat vasitəsi SATILDI

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

“Qəbələ”nin oyunçusu dünya çempionatında İŞTİRAK EDƏCƏK

İdman zalı ayaq yolundan daha mikropludur

İdman zalı ayaq yolundan daha mikropludur

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

BMT baş katibi: “Ukraynada yaxın zamanda sülh görünmür”

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

“Qarabağ” “Benfika”nı YIXDI 3:2 - Qələbə qolları - VİDEO

Ceyhunun avtomobili YANDI

Ceyhunun avtomobili YANDI

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

"Qarabağ" 3-cü qolu VURDU - VİDEO

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

İsrail Suriyaya yeni təhlükəsizlik sazişi təklif edib – KİV

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Sumqayıtda qadın qətlə yetirildi - Əri şübhəli bilinir - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM - FOTO

End of content

No more pages to load

RADİO