Əli Əliyev: “Moskva görüşündən yaxşı heç nə gözləmirəm”

''Təəssüf ki, Moskva görüşündən yaxşı heç nə gözləmirəm. Bu günkü status-kvodan narahatam. Hesab edirəm ki, bu status-kvo milli maraqlarımızın ziddinədir. Müqavilədən çıxmağın tərəfdarıyam''.

''Çünki bəyanatda təsbit olunanlar və bu 60 gündə müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, ermənipərəst sülhməramlı missiya Azərbaycan ərazilərinin qopardılması üçün tətbiq edilib''.

Bu münasibət Bizim.Media-ya Moskva görüşü ilə bağlı fikirlərini bölüşən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə məxsusdur.
 

MÖVZU İLƏ BAĞLI:

“Paşinyanın sinir sistemi pozulub, müalicəyə ehtiyacı var” – Partiya sədrindən açıqlama


Siyasətçi bildirdi ki, üçtərəfli görüşdən müsbət gözləntimiz ola bilməz:

“Bu 60 gün ərzində nə baş veribsə, hamısı Azərbaycan dövlətçiliyinin ziyanına olub. Əgər kimsə ərazilərimizin boşaldılmasının müqavilə əsasında baş verdiyini iddia edirsə, deyim ki, onsuz da biz o torpaqları azad edəcəkdik. Ağdərə rayonunun ləğvi ilə bağlı parlamentin qərarından imtina edilməsi, gələcəkdə həmin ərazilərdə də status məsələsinin müzakirə predmeti olacağı barədə Rusiya və Fransa rəsmilərinin verdiyi açıqlamalar var''.

''Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada Dağlıq Qarabağa 10 min əsgərin gətirilməsi planlaşdırılır. 47 min erməninin Dağlıq Qarabağa köçürülməsi, lakin bir nəfər də olsun azərbaycanlının ora yerləşdirilməməsi və Azərbaycan dövlət orqanlarının həmin ərazilərdə işinin necə qurulması ilə bağlı şübhələr mövcuddur. Sərhədimizin (Laçın dəhlizi) 5 kilometrinin nəzarətimizdən kənarda qalması həmin zonadakı suverenliyimizin birtərəfli qaydada ləğvidir. Bu məsələlər göstərir ki,  o müqavilədə udacağımız heç nə yoxdur''.

Partiya sədrinin sözlərinə görə, “biz Ermənistanın hərbi müttəfiqinin tərəfsiz münsif olması ilə razılaşmışıq. 

Amma necə ola bilər ki, bizi öldürən, işğalçılara silah yardımı edən və torpaqlarımızı 30 il işğalda saxlayan tərəf neytral mövqe tutsun? Beynəlxalq terminologiyada, hüquqda sülhməramlı sözünün mənası tərəfsiz, bitərəf olan dövlət, yaxud ölkələr qrupunun müvafiq prosesdə iştirakı kimi təsbit edilib. Necə olar bilər ki, İrəvan hərbi-siyasi müttəfiqi olan Moskvanı prosesə cəlb etsin?”

Əli Əliyevin fikrincə, Suriyada olduğu kimi Qarabağla bağlı sazişdə müşahidəçi kimi Türkiyə də yer alsa idi, bu fakt qismən də olsa, bizim mənafeyimizə uyğun ola bilərdi: 

“Amma Türkiyə yoxdursa, deməli Azərbaycan istənilən danışıq və sazişlərdə 2 müttəfiq (Ermənistan-Rusiya) tərəfindən təklənəcək”. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Bəzi ət yeməkləri gözləri kor edə bilər

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

Üzüm yarpağı quru halda bankaya necə qoyulur?

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

"Teşkilat" serialı ilə bağlı dəyişiklik

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır - VİDEO

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

ƏTİRLƏRDƏ olan təhlükəli maddələr hormonal sistemə təsir edir

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Xüsusi Təyinatlı Qüvvələrin yarandığı GÜNDÜR

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

Trampın İranla bağlı açıqlaması neftin qiymətini QALDIRDI

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

ABŞ gəmidəki 6 iranlını AZAD ETDİ

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Azərbaycanlı blogerin toyu oldu - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Putin Kremldə Kadırovla görüşdü - Çeçenlərə səsləndi - VİDEO

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 17 il ötür

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

“Uşağı bağçaya gətirə bilməmişəm, qorxuram ki, nəsə olar” - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

Sabiq nazir: “Qızımın ölümünə görə günahkaram” - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Sırğa”sı olmayan heyvanlar bazara buraxılmayacaq - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

“Kaş, o anları geri qaytara bilsəydim…” - VİDEO

Tramp: UKRAYNA və İRAN münaqişələri eyni vaxtda bitə bilər

Tramp: UKRAYNA İRAN münaqişələri eyni vaxtda bitə bilər

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

“Çelsi”nin futbolçusu 4 illik cəzalandırıldı

Lavrov Astanaya getdi

Lavrov Astanaya getdi

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Türkiyəli futbolçu “Mançester Yunayted”ə keçə bilər

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Putindən Trampa xəbərdarlıq: İrana quru əməliyyatları qəbuledilməz və təhlükəlidir!

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı YENİLİK

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Belarusa qarşı sanksiyalar TƏTBİQ ETDİ

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

İsrail ordusu İran sərhədində - Quru hücumu olacaq!

End of content

No more pages to load

RADİO