Bu gün Ümid Partiyasının Mərkəzi Qərargahında Qarabağ Blokunun növbəti toplantısı keçirilib. Toplantıda ölkədə, regionda və dünyada baş verən ictimai-siyasi proseslər- 19 may faciəsi və bunun fonunda ölkədə baş verən hadisələr, Riqa Sammiti, iş adamlarının həbsi, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana gözlənilən səfəri, Türkiyədə keçiriləcək parlament seçkiləri və bir sıra digər məsələlər müzakirə olunub.
Sonda Qarabağxa0 Blok 28 may- Respublika Günü münasibətilə xalqımızı təbrik edib. Təbrikdə deyilir:
M.Æx8f. RÉ™sulzadÉ™nin başçılığı ilÉ™ AzÉ™rbaycan Demokratik CümhuriyyÉ™tinin elan olunmasından 97 il keçir. Bu münasibÉ™tlÉ™ QarabaÄŸ Bloku AzÉ™rbaycan xalqını, AzÉ™rbaycandan kÉ™narda yaÅŸayan bütün soydaÅŸlarımızı tÉ™brik edir. ÖlkÉ™mizin müstÉ™qilliyinin, suverenliyininxa0 É™bÉ™di olmasını, torpaqlarımızın iÅŸÄŸaldan azad edilmÉ™sini, xalqımızın firavan, azad, demokratik, bütün hüquqların qorunduÄŸu bir cÉ™miyyÉ™tdÉ™ yaÅŸamasını arzulayır.
1918-ci il 28 mayda müsəlman dünyasında ilk dünyəvi demokratik Respublikanın qurulmasıxa0 xalqımızınxa0 milli nailiyyətidir və əsrin əvvəllərində müstəqil dövlətçiliyimizin məhz respublika əsasında yaradılması xalqımızın demokratik ruha malik olması ilə bilavasitə bağlıdır. Azərbaycan Demokratik Cümhuriyyəti dünya respublikaçılıq təcrübəsindən və şimallı, cənublu Azərbaycan xalqının azadlıq ideyalarından bəhrələnmişdir. İki il ərzində mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin bəzi dövlətlərin yüz ildə həyata keçirə bilmədiyi islahatları həyata keçirməsi birinci Respublikanın banilərinin siyasi uzaqgörənliyindən, idarəçilik səriştəsindən, xalqa və dövlətə bağlılığından, sədaqətindən xəbər verir. Yeni dövrdə müstəqillik əldə etmiş Şimali Azərbaycanda Respublika elan olunması da Azərbaycan Xalq Cümhuriyyətinin mirasına əsaslanmışdır. Cümhuriyyətçilik xa0ideyaları, müstəqillik və Azərbaycan Respublikasının bütövlüyü uğurundakı mübarizədə minlərlə insan canından keçərək şəhid olub. Bu gün Azərbaycanda yaşayan ən müxtəlif etnik qrupların nümayəndələri, Respublikamızın vətəndaşları çiyin-çiyinə müstəqilliyin daha da möhkəmlənməsi və demokratik idarəçiliyin qurulması uğrunda çalışmaqdadırlar.
Təəssüf ki, müstəqillik uğurunda mübarizə bizə itkisiz başa gəlməyib. Bu yolda şəhidlər vermiş, torpaqlarımızın 20%-dən çoxunu- Qarabağımızı itirmişik. İnsan haqları, demokratik azadlıqlar sahəsində ciddi problemlərimiz var. Regionda geosiyasi vəziyyət və düzgün olmayan idarəçilik sistemi əsrin əvvəlində olduğu kimi müstəqilliyimiz üçün yeni təhdidlər ümummilli problem olaraq qalmaqdadır.xa0
Qarabağ Bloku hesab edir ki, qarşıda duran bütün milli problemlərin həlli üçün respublikaçılıq, qanunların və hüququn aliliyi prinsipləri daim yüksəkdə tutulmalı, bu prinsiplər əsasında şərqdə ilk respublika qurmuş tarixi şəxsiyyətlərimiz təbliğ edilməli, insanımızda yüksək vətəndaşlıq şüuru formalaşdırılmalıdır.
xa0Azərbaycan dövlətində yaşayan bütün insanları həqiqi vətəndaş olmağa, respublikaçılığı qorumağa, babalarımızın bizə miras qoyduğu dövləti yaşatmağa və azad, demokratik, hüquqi Azərbaycan Respublikası uğrunda fəal mübarizəyə qoşulmağaxa0 çağırır.
xa0