İsveçin Baş naziri və NATO-nun Baş katibi Türkiyənin narahatlığını ciddi qəbul edirlər.
Bizim.Media xəbər verir ki, bu barədə İsveçin Baş naziri Maqdalena Andersson ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında keçirilən görüşün yekunlarına dair mətbuat konfransında səsləndirilib.
Görüşdə İsveçin NATO-ya daxil olması ilə bağlı müraciətə Türkiyənin veto qoymasının həlli yolları müzakirə edilib.
“Türkiyənin narahatlığını ciddi qəbul edirik”, - deyə Y.Stoltenberq vurğulayıb.
Bizim.Media