İstanbulda "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 25-ci Avrasiya İqtisadi Zirvəsi öz işinə başlayıb.
Bizim.Media “Haberler”ə istinadən xəbər verir ki, tədbirdə onlarla ölkədən dövlət və hökumət başçıları, iqtisadçılar, elm, iş və incəsənət adamları, siyasi-ictimai xadimlər, müxtəlif səviyyəli fikir və düşüncə mərkəzlərinin rəhbərləri, habelə beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak edir.
Qeyd edək ki, Zirvədə Azərbaycan da geniştərkibli nümayəndə heyəti ilə təmsil olunur.
Bizim.Media