Xəbər verdiyimiz kimi, Rusiyanın məşhur azərbaycanlı video blogeri Hüseyn Həsənov bir neçə gün əvvəl ad gününü qeyd edib.
Bizim.Media xəbər verir ki, özünə təmtəraqlı doğum günü məclisi quran bloger ötən gecə sosial şəbəkə hesabında canlı yayım açaraq, dostlarının ona bağışladığı hədiyyələri nümayiş etdirib.
Həsənova lüks brendlərə məxsus geyimlər, alkoqol içkiləri, ətirlər, eyni zamanda ev hədiyyə olunub.
Hüseyn dostu tərəfindən hədiyyə olunan qutunu açaraq, evin açarlarını nümayiş etdirib. O, evin harada və neçə otaqlı olduğunu isə gizli saxlayıb.
Qeyd edək ki, azərbaycanlı H.Həsənov Rusiyada anadan olub. Blogerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə özünə borcludur.
Hüseyn Rusiyada ən populyar blogerlərdən biridir. Onun 21,5 milyondan çox “Instagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan H.Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran biznesi ilə məşğul olur və şəxsi geyim markası var.
Rəşad Əliyev, Bizim.Media