Gürcüstanda yağan leysan yağışları və dolu paytaxt Tbilisidə ciddi problemlər yaradıb.
Bizim.Media xəbər verir ki, bir saata yaxın davam edən güclü yağış nəticəsində yaranan sel xeyli dağıntılara səbəb olub. Evlərə, avtomobillərə və təsərrüfatlara ciddi ziyan dəyib.
Təbii fəlakət bölgələrdə də ciddi problem yaradıb. Hazırda təbii fəlakətin ziyan vurduğu ərazilərdəki vəziyyət öyrənilir.
Bizim.Media