Rusiya Ermənistan və Qırğızıstanla nəqliyyat əlaqələrinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Bizim.Media xəbər verir ki, müvafiq sərəncamı ölkənin baş naziri Mixail Mişustin imzalayıb. Sənəd hüquqi informasiya portalında dərc olunub.
“Rusiya Federasiyası tərəfindən Ermənistan və Qırğızıstanla nəqliyyat əlaqələrinə qoyulan müvəqqəti məhdudiyyətlər ləğv edilsin”, - sənədin mətnində deyilir.
Xatırladaq ki, məhdudiyyətlər bu il mayın 20-də tətbiq edilib.
Bizim.Media