İtaliyanın Ankaradakı səfiri Corcio Marrapodi Romada keçirilən PKK nümayişi ilə əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, səfirə Türkiyə tərəfinin hadisə ilə bağlı narazılığı çatdırılıb.
Terror təşkilatı və onun havadarlarının bu cür əməllərinin qarşısının alınması tələbləri təkrarlanıb, İtaliya hökumətinin terrorla mübarizədə məsuliyyəti vurğulanıb.
Bizim.Media