“Qərb ölkələri Türkiyənin BMT Təhlükəsizlik Şurasında islahatların aparılması ideyası ilə razılaşmağa başlayıblar”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qurultayında səsləndirib.
“Uzun illərdir irəli sürdüyümüz BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi yaxşı qarşılanıb. Dünyada beşdən çox (Təhlükəsizlik Şurasının üzvləri nəzərdə tutulur) ölkə var. İndi bu haqda özləri danışırlar və deyirlər ki, BMT Təhlükəsizlik Şurasında islahatlar aparılmalıdır. Onlar bizim danışdıqlarımızla razılaşacaqlar”. TASS agentliyi Türkiyə prezidentinin sözlərindən sitat gətirib.
Bizim.Media