ABŞ prezidenti Co Bayden və onun həyat yoldaşı Cill Bayden istirahət etdiyi şəhərdən təxliyyə edilib. Buna səbəb onların yerləşdiyi Rehoboth Beach şəhəri üzərində qapalı hava zonasına kiçik şəxsi təyyarənin daxil olmasıdır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ağ Evin Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, təyyarə səhvən məhdudlaşdırılmış hava məkanına daxil olub.
Hər şeyin səhvən baş verdiyini anladıqdan sonra cütlük istirahət etdikləri evə qayıdıb.
Bizim.Media