Ötən gün qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib.
Bizim.Media Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən xəbər verir ki, yarışın açılış mərasimindən sonra sablya növü üzrə qaliblər müəyyənləşib.
Kişilərin mübarizəsində Murad Əkbərov qızıl, Maqsud Hüseynli gümüş, Nahid Məmmədli və Saleh Məmmədov bürünc medal qazanıblar.
Qadınların yarışında Valeriya Bolşakova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sevik Bünyatova gümüş, Anna Başta və Palina Kaspiaroviç bürünc medala sahib çıxıblar. Qılıncoynatma üzrə Azərbaycan çempionatına bu gün yekun vurulacaq. Son yarış günündə şpaqa növü üzrə kişi və qadınlar arasında qaliblər müəyyənləşəcək.
Bizim.Media