Vəfa Zeynalova: “Nəyə görə özümü kimlərdənsə qorumalı, təmizə çıxartmalıyam?” – VİDEO  

“Mənim üçün böyük şanslar açıldı, hədsiz böyük təkliflər gəldi. Onlar bu dəqiqə olsaydı, birmənalı şəkildə qəbul edərdim. Özüm də sanki körpələrimə qıymadım, dedim hələ çox körpədirlər. Mühit dəyişməli idi, yoldaşım dedi, mən o mühitə uyğunlaşa bilmərəm. Qızlarım əkiz idi, 5 il problemlər oldu, dayanmadan xəstəxanalarda...”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynalova “Üzə-düz” portret verilişində deyib. 

Sənətçi şəxsi həyatında baş verən neqativ hadisələrin onun karyerasına da yansıdığını açıqlayıb:

“Gəncliyimin ən şux vaxtları idi, amma arada karyeramda da nəsə edirdim. Yoldaşımla mübahisələr olurdu, əsəbimi ona tökürdüm. Sonradan düşünürdüm ki, axı düz deyir. Mən bu körpələri qoyum necə gedim?!”. 

Aktrisa qızlarına qoyduğu qadağalardan da söhbət açıb.  
 

“Qızlarıma çox böyük qadağalar qoymuşdum. Ətrafımda məni o qədər qınayanlar oldu ki? Deyirdilər, olmaz, artıq böyük qızlardır. Deyirdim ki, yox belə yaxşıdır. İndi fikirləşirəm ki, müəyyən işlərdə bəlkə də, mən onları çox sıxmışam.


Gərək bir az daha çox azadlıq verərdim. Digər tərəfdən isə düşünürəm ki, mən onları sıxıntı içərisində saxlamamışam. Bizim evdə ən çox sınan şey telefon olub (Gülür). Onlar məktəbdə oxuyan zaman mən onlara yalnız zəng etmək üçün telefon vermişdim. Zəng edəndə onlar cavab verməyəndə dəli olurdum. Nənələrinin evinə kimi gedirdim, çapalayırdım ki, necə oldular? Tapanda da hirsimi tökürdüm. İndi xatırlayıram ki, onlar məndən necə qorxurdular. Yaşlananda valideynə nadir halda oğlan, çox vaxt qız baxır. Təbii ki, istəmişəm, oğlum da olsun, amma taleyin qisməti belə imiş”.

Müəyyən səhnə obrazlarına görə ona “kam” gözlə baxıb, tənqid edənlərə də Vəfa Zeynalovanın münasibəti belə olub: 
 

“Müəyyən insanlar var ki, hər şeyi qınayır, xoş olmayan ifadələr, tənqidlər deyə bilərlər. O onların öz dünyagörüşü, mədəniyyətidir. Mən ancaq onu deyə bilərəm. Sizin içinizdə olan müxtəlif obrazlar var ki, mən onu sizə yenidən göstərirəm.


Bəyənmirsinizsə, bu sizsiniz də! Bu, mən deyiləm! Olub belə rollarım ki, söz-söhbətsiz ötüşmədi, karyerama mane oldu. Sadəcə ruhdan düşməmişəm. Baxmışam ki, neçənci əsrdə yaşayırıq, insanlar hələ də necə bəsit düşünə bilirlər? Hər kəsin gözündən salmaq üçün bir rolik paylaşsalar, o insanlar elə birinci onları qınayacaq. İllər əvvəl belə bir məqam yaşadım. Nə qədər ki, dünyada paxıl insanlar olacaq, mənə elə gəlir ki, onlar heç vaxt da paxıllıqlarını içlərinə boğa bilməyəcəklər. Küsdüm, xətrimə dəydilər. Amma bu obrazlarıma görə deyildi, əsla! “Mən aktrisayam” sözünü də heç sevmirəm. Nəyə görə özümü kimlərdənsə qorumalı, təmizə çıxartmalıyam? Məgər onlar görmür ki, mən aktrisayam? Məni sevmisiniz, alqışlamısınızsa, mən də sizin aranızda olan insanları zaman-zaman sizə təqdim edirəm. Amma siz mənim şəxsi həyatıma heç vaxt qarışa bilmərsiniz. Mən buna icazə vermərəm!”. 

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Peşəkarlığa əsaslanan yeni İNKİŞAF MODELİ – MEDİA-nın 5 illik fəaliyyətinə KONSEPTUAL BAXIŞ

Peşəkarlığa əsaslanan yeni İNKİŞAF MODELİ – MEDİA-nın 5 illik fəaliyyətinə KONSEPTUAL BAXIŞ

Lökbatanda 66 yaşlı kişi dəm qazından boğularaq dünyasını dəyişdi

Lökbatanda 66 yaşlı kişi dəm qazından boğularaq dünyasını dəyişdi

Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə...

Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə...

GÜNÜN HAVASI: 19 dərəcə isti...

GÜNÜN HAVASI: 19 dərəcə isti...

İranda polis rəisi öldürüldü

İranda polis rəisi öldürüldü

Məzənnə: Avro və rus rublu BAHALAŞDI

Məzənnə: Avro və rus rublu BAHALAŞDI

"Qarabağ", "Zirə" və "Sumqayıt" bu gün Türkiyədə yoxlama oyunlarına çıxacaq

"Qarabağ", "Zirə" və "Sumqayıt" bu gün Türkiyədə yoxlama oyunlarına çıxacaq

Qızılın qiymətində TARİXİ maksimum

Qızılın qiymətində TARİXİ maksimum

Tramp: “Qrenlandiyanın müdafiəsi iki it qoşulmuş xizəkdən ibarətdir”

Tramp: “Qrenlandiyanın müdafiəsi iki it qoşulmuş xizəkdən ibarətdir”

Trampdan İrana növbəti XƏBƏRDARLIQ - "Yaxın vaxtlarda..." - VİDEO

Trampdan İrana növbəti XƏBƏRDARLIQ - "Yaxın vaxtlarda..." - VİDEO

“Barselona” İspaniya Superkubokunun qalibi oldu – VİDEO

“Barselona” İspaniya Superkubokunun qalibi oldu – VİDEO

Qızıldan baha tük: 1 kiloqramı 5 min dollar olan təbiət möcüzəsi

Qızıldan baha tük: 1 kiloqramı 5 min dollar olan təbiət möcüzəsi

Bakıda bu tarixdə əsl qış şaxtası olacaq - Gecə 4° soyuq

Bakıda bu tarixdə əsl qış şaxtası olacaq - Gecə 4° soyuq

Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə...

Yas məclisləri ilə bağlı QƏRAR - Bütün ölkə üzrə...

Azərbaycanda zəlzələ baş verdi – FOTO

Azərbaycanda zəlzələ baş verdi – FOTO

Tovuzda avtobusla "VAZ" toqquşdu – XƏSARƏT ALAN VAR

Tovuzda avtobusla "VAZ" toqquşdu – XƏSARƏT ALAN VAR

Lənkəranda iki mərtəbəli ev əşyaları ilə birgə yandı

Lənkəranda iki mərtəbəli ev əşyaları ilə birgə yandı

Naxçıvanda avtomobil aşdı - Sürücü xəsarət aldı - FOTO

Naxçıvanda avtomobil aşdı - Sürücü xəsarət aldı - FOTO

“Bavariya” Münxendə “Volfsburq”u darmadağın etdi

“Bavariya” Münxendə “Volfsburq”u darmadağın etdi

Heç bir halda bu ölkəyə getməyin: Peşman oldum - Professor

Heç bir halda bu ölkəyə getməyin: Peşman oldum - Professor

İranda etirazçılar polkovniki öldürdü

İranda etirazçılar polkovniki öldürdü

"Səndən tez köçsəm, mənsiz bu dünyada qalma" - FOTO

"Səndən tez köçsəm, mənsiz bu dünyada qalma" - FOTO

“Ağstafada bütün insanlara qonaqlığı ancaq mən verirəm" - 87 yaşlı Tariyel Qasımov

“Ağstafada bütün insanlara qonaqlığı ancaq mən verirəm" - 87 yaşlı Tariyel Qasımov

Roma Papası İrandakı hadisələrlə bağlı çağırış etdi

Roma Papası İrandakı hadisələrlə bağlı çağırış etdi

End of content

No more pages to load

RADİO