XİN başçısının müavini İsveçə səfər etdi – Nələr müzakirə edildi? - FOTO

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev 18-19 may tarixlərində İsveç Krallığına işgüzar səfər edib. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, səfər çərçivəsində İsveç xarici işlər naziri Ann Linde, İsveç Parlamentinin spikeri Andreas Norlen və xarici işlər nazirinin müavini Maqnus Nilson ilə görüşlər keçirilib. 

Görüşlər zamanı Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30-cü ildönümünün hər iki paytaxtda silsilə tədbirlərlə birgə qeyd olunmasının önəmi vurğulanıb, ikitərəfli əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri müzakirə edilib və Cənubi Qafqazda postmünaqişə dövründə gedən proseslər haqqında fikir mübadiləsi aparılıb. 
İsveç Beynəlxalq Məsələlər İnstitutu, Stokholm Şərqi Avropa Araşdırmaları İnstitutu (SCEEUS) və Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİPRİ) rəhbərləri və tədqiqatçıları ilə keçirilmiş dəyirmi masalarda əsas müzakirə mövzusu postmünaqişə dövründə Cənubi Qafqazda gedən normallaşma prosesləri və bu xüsusda beynəlxalq tərəfdaşların oynaya biləcəyi rol ətrafında olub. 

Səfər çərçivəsində, Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibəti və iki ölkənin xarici işlər nazirlərinin müavinləri Fariz Rzayev və Maqnus Nilsonun iştirakı ilə Stokholmun Nobel Mükafatı Muzeyində İsfar Sarabski Caz Triosunun konserti və diplomatik qəbul keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ərdoğan bu şəxsləri nazir təyin etdi – ADLAR

Ərdoğan bu şəxsləri nazir təyin etdi – ADLAR

"Nə olsun ki, Xalq artistidir, oxuyanda adamın yuxusu gəlir"

"Nə olsun ki, Xalq artistidir, oxuyanda adamın yuxusu gəlir"

Zərdabda 52 illik məktəb binası UÇMAQ üzrədir – Valideynlər uşaqlarını dərsə BURAXMIR – VİDEO

Zərdabda 52 illik məktəb binası UÇMAQ üzrədir – Valideynlər uşaqlarını dərsə BURAXMIR – VİDEO

Sosial ödəniş alanların nəzərinə

Sosial ödəniş alanların nəzərinə

Qərb bölgəsində qarın hündürlüyü 20 sm-ə çatdı

Qərb bölgəsində qarın hündürlüyü 20 sm-ə çatdı

Sürücülərə XƏBƏRDARLIQ - Ağsu aşırımında yollar buz bağlayıb

Sürücülərə XƏBƏRDARLIQ - Ağsu aşırımında yollar buz bağlayıb

Marta qədər kim çatdırıb edə bilsə, bəxti gətirdi — Bəhrəsini yayda görəcək

Marta qədər kim çatdırıb edə bilsə, bəxti gətirdi — Bəhrəsini yayda görəcək

Bakıda daha bir ərazidə böyük söküntü - Sakinlərə bildirişlər paylanılıb

Bakıda daha bir ərazidə böyük söküntü - Sakinlərə bildirişlər paylanılıb

"Gecə saat 2-də ərimə mesaj yazan müğənni..."

"Gecə saat 2-də ərimə mesaj yazan müğənni..."

Gəncədə 26 yaşlı yeniyetmə xəstəxanalıq oldu

Gəncədə 26 yaşlı yeniyetmə xəstəxanalıq oldu

“Burada yeməklər çox ləziz olmalıdır, bir az sonra dadacağıq” – VİDEO

“Burada yeməklər çox ləziz olmalıdır, bir az sonra dadacağıq” – VİDEO

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

8 yaşınadək uşaqları olanların nəzərinə

8 yaşınadək uşaqları olanların nəzərinə

Ən tənha 5 bürc: heç kimə ehtiyacları olmur

Ən tənha 5 bürc: heç kimə ehtiyacları olmur

İlham Əliyev Vensə bu fotoları göstərdi – VİDEO

İlham Əliyev Vensə bu fotoları göstərdi – VİDEO

Goranboyun illərdir davam edən SU PROBLEMİ – Nə vaxt həllini tapacaq?

Goranboyun illərdir davam edən SU PROBLEMİ – Nə vaxt həllini tapacaq?

Azərbaycandan xaricə çay ixracı niyə AZALIR?

Azərbaycandan xaricə çay ixracı niyə AZALIR?

Laportanı fırıldaqçılıqda İTTİHAM ETDİ

Laportanı fırıldaqçılıqda İTTİHAM ETDİ

BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr

Bakıda evdən qadın meyiti TAPILDI

Bakıda evdən qadın meyiti TAPILDI

Çexiya şirkəti Bakı metrosuna vaqon satmaq niyyətindədir - FOTO

Çexiya şirkəti Bakı metrosuna vaqon satmaq niyyətindədir - FOTO

Xarabalıqlar arasında 2 ildən sonra ilk turnir baş tutdu - FOTO

Xarabalıqlar arasında 2 ildən sonra ilk turnir baş tutdu - FOTO

Pendirin daha ləzzətli olması üçün onu bu materiala BÜKÜN

Pendirin daha ləzzətli olması üçün onu bu materiala BÜKÜN

Brilliant Dadaşova: “Elza, bizi bağışla!” - VİDEO

Brilliant Dadaşova: “Elza, bizi bağışla!” - VİDEO

End of content

No more pages to load

RADİO