"Real"ın futbolçusu Toni Kroos "Mançester Siti"nin bazasında klubun sabiq oyunçusu Serxio Aqueronun heykəlinin ucaldılması ilə bağlı zarafat edib.
Bizim.Media xəbər verir ki, "BBC Sport"un jurnalisti Saymon Stoun "Tvitter"də heykəlin fotosunu paylaşaraq "Serxio buradadır" yazıb.
Kroos isə həmin "post"u izləyiciləri ilə bölüşüb və "Əlbəttə" şərhini əlavə edib. Kroos bununla da heykəlin Aqueroya özündən daha çox bənzədiyinə işarə edib.
Xatırladaq ki, "Mançester Siti" ötən gün Aqueronun heykəlinin açılışını edib. Argentinalı hücumçu 2011-2021-ci illərdə bu komandada oynayıb.
Bizim.Media
