İƏGF-nin regional mərkəzinin təşkilatçılığı ilə keçirilən "İƏT Modeli – 2022” proqramı başa çatdı - FOTO

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) təşəbbüsü ilə 11 ildir keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinin 2022-ci il mərhələsinin mühazirə və təlimlər hissəsi sona çatıb.

Bizim.Media xəbər verir ki, bu ilin aprel ayının əvvəllərindən başlayaraq Bakıda keçirilən proqram çərçivəsində Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim, Pakistan səfiri Bilal Haye, Özbəkistanın səfiri Baxrom Əşrəfxanov, Mərakeş Krallığının səfiri Adil Embarş, Qırğızıstanın səfiri Kayrat Osmonaliyev Azərbaycanda təhsil alan tələbələr qarşısında çıxış ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

İslam Əməkdaşlıq Təşkilatının iclası keçiriləcək


Onlar öz ölkələrinin xarici siyasətləri və İƏT-də oynadıqları roldan bəhs ediblər.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ölkəmizin müasir dövrdə xarici siyasət prioritetləri, beynəlxalq münaqişələr və İƏT üzv ölkələri arasında əlaqələndirmə, dəyişən dünyada təhsilin rolu, İslamın dünya sivizilasiyanda rolu və başqa mövzuda çıxış ediblər. Adı çəkilən mühazirəçilər tələbələrin müxtəlif suallarını cavablandırıb.

Xatırladaq ki, İƏGF-ARM və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı və Bakı Dövlət Universitetinin dəstəyi ilə həyata keçirilən İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir.

İki ay ərzində keçirilən mühazirələri dinləyən tələbələr eyni zamanda yuxarıda adı çəkilən ölkələrin səfirliklərinə gedərək, həmin ölkələrlə bağlı lazım olan məlumatları əldə ediblər.

May ayının 15-də isə layihə çərçivəsində “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarının keçirilməsi planlaşdırılır.

Münsiflər heyətinin qərarı ilə bu oyunlarda xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçiləcək tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə ümum-İƏT miqyasını əhatə edən və 40-dan artıq İƏT-ə üzv ölkə nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında ölkəmizi layiqli şəkildə təmsil ediblər.

“İƏT Modeli” artıq digər ölkələrdə də öz işinə başlayıb, yaxın zamanlarda bu proqramın bütün İƏT ölkələrində başa çatması  və simulyasiyaların keçirilməsi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Kimlərə övladlığa uşaq verilmir? — AÇIQLAMA

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanlı tələbələr ən çox bu xarici universitetləri seçir

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Azərbaycanda hansı sahələrdə daha çox maaş verilir? – SİYAHI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

Şirin və yetişmiş qarpız seçməyin 10 QAYDASI

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

“Qalatasaray” Pulişiçi transfer etmək istəyir

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

Con Bolton: "Vaşinqton SEPAH-ı məhv etməlidir"

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

İctimai TV 2030-cu il dünya çempionatını da yayımlayacaq

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda zəlzələ oldu

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Moldovada hökumətin yeni tərkibi TƏSDİQLƏNDİ

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Sankt-Peterburqda metroya alternativ nəqliyyat şəbəkəsi YARADILIR

Millimizin üzvü klubunu dəyişdi

Millimizin üzvü klubunu dəyişdi

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı - VİDEO

Bakıda oteldən oğurluq edənlər tutuldu

Bakıda oteldən oğurluq edənlər tutuldu

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Sabah” Finlandiya çempionunu məğlub etdi - VİDEO

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları

Azərbaycanda avtomobil benzini istehsalı artıb

Azərbaycanda avtomobil benzini istehsalı artıb

Ermənistan ordusunun hərbçisi ölüb

Ermənistan ordusunun hərbçisi ölüb

Çevik iş vaxtının detallarını AÇIQLADI - VİDEO

Çevik iş vaxtının detallarını AÇIQLADI - VİDEO

Fransız diplomatların saxlanılmasına Əraqçinin CAVABI

Fransız diplomatların saxlanılmasına Əraqçinin CAVABI

Çimərliklərdə gözlənilən HAVA DURUMU

Çimərliklərdə gözlənilən HAVA DURUMU

ABŞ-də 6 mindən çox insan ağır infeksiyaya yoluxdu

ABŞ-də 6 mindən çox insan ağır infeksiyaya yoluxdu

Tramp İrandakı nüvə obyektini vuracağına SÖZ VERDİ

Tramp İrandakı nüvə obyektini vuracağına SÖZ VERDİ

Venesuelada hantavirus həyəcanı: Ölənlər var

Venesuelada hantavirus həyəcanı: Ölənlər var

End of content

No more pages to load

RADİO