Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müşaviri Aleksiy Arestoviç Rusiya Prezidenti Vladimir Putinin 9 May qələbə paradında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, Arestoviç özünün “instagram” hesabından bununla bağlı fikirlərini bölüşüb.
Belə ki, Arestoviç Putinin çıxışı zamanı səsləndirdiyi “qlobal müharibənin yolverilməzliyi”, “NATO ilə dəhşətli toqquşma” məsələlərinə diqqəti yönəldib. Ukrayna Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Rusiya Prezidenti tərəfindən bu məqamların vurğulanması nüvə müharibəsinin baş verməsi ehtimallarına verilən "adboy" kimi dəyərləndirilə bilər.
Bizim.Media