Ağdərə rayonunda azərbaycanlı sürücünün idarə etdiyi yük maşını ilə erməni taksi avtomobili toqquşub.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, yolun dar olması səbəbilə baş verən qəza nəticəsində taksi dərəyə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edilib ki, sülhməramlılar dəymiş ziyanla bağlı araşdırma aparır.
Bizim.Media