Abşeron rayonunda yanğın olub.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat yayılıb.
Məlumata görə, “Daewoo” markalı sərnişin avtobusunun mühərrik hissəsi yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media