Bakı şəhərinin Xətai rayonunda yaşayış binasında yanğın olub.
Bizim.Media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonda çoxmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsinin pilləkən qəfəsində məişət tullantıları 8 m² sahədə və elektrik lövhəsində naqillər 3 p.m qismən yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media