ABŞ-da dörd Senator prezident seçkilərinin nəticələrini konqres tərəfindən sertifikatlaşdırılmasını istəyib.
Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, ABŞ - ın “Respublikaçılar” partiyasından olan dörd senator konqresi 3 noyabrda ölkədə keçirilən prezident seçkilərinin nəticələrini sertifikatlaşdırıb, Co Baydenin president seçildiyini təsdiq etmələrini istəyib.
Respublikaçı senatorlar Suzan Kolins, Lisa Mörkovski, Bil Kasidi, və Mit Romni bu barədə sənəd imzalayıblar.
"Seçicilər səslərini verib və Konqres seçkinin nəticələrini sertifikatlaşdırmaqla işini icra etməlidir",- deyə, onlar bildiriblər.
Sənədə həmçinin “Demokratlar” partiyasından olan senatorlar Coi Mançin, Mark Vorner, Cin Şahin, Meqi Hasan, və Dik Dörban da imza atıb.
Xatırladaq ki, Tramp səsvermələrin hələ də saxta olduğunu iddia edir.
Bizim.Media, Vüqar Ağamalıoğlu