Türkiyədə son sutka ərzində koronavirus səbəbilə 193 nəfər vəfat edib.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib.
O, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 9877 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alındığını deyib.
Bu gün sağalan xəstə sayı 10 102, ağır xəstə sayı isə 3612 nəfər olub.
Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən xəstələrlə yanaşı, 2 241 912 nəfərdə yoluxma qeydə alınıb.
Bizim.Media