Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla Milli Məclisin sədri Sahibə Qafarova arasında telefon danışığı olub.
Bizim.Media "Anadolu" agentliyində istinadən xəbər verir ki, M.Şentop Azərbaycan xalqını və həmkarını Ramazan bayramı münasibətilə təbrik edib.
Telefon danışığında ikitərəfli əlaqələr, regional və son siyasi hadisələr müzakirə edilib.
Türkiyə və Azərbaycan parlamentləri rəhbərlərinin telefon danışığında regional hadisələrlə yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) may ayında
Azərbaycanda keçiriləcək toplantısına da toxunublar.
Bizim.Media