Bu gün İran ordusu ilə "Taliban" silahlıları arasında toqquşma baş verib.
Bizim.Media "Azad İran"a istinadən xəbər verir ki, atışma zamanı İran Quru Qoşunlarının Şahrud şəhərində yerləşən 58-ci "Zülfüqar" desant briqadasının kiçik leytenantı Davud İbrahimzadə həlak olub.
Qeyd edək ki, Zabul şəhərinin sərhəd bölgəsində baş vermiş silahlı insidentin səbəbi bilinmir.
Bizim.Media